Yevlaxın sabiq icra başçısı azadlığa buraxıldı

Yevlaxın sabiq icra başçısı azadlığa buraxıldı

Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov səhhəti ilə əlaqədar həbsdən azad edilib.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Trend-ə təqsirləndirilən şəxsin vəkili Elnur Vəliyev məlumat verib.

O bildirib ki, sabiq icra başçısının vəziyyəti həbsdə kəskin pisləşib və o, Şəki Şəhər Mərkəzi Xəstəxanasına köçürülüb: "Orada bildirdilər ki, Qoca Səmədov təcili ürək əməliyyatı keçirməlidir. Ona görə də təqsirləndirilən şəxs Bakıda Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildi. İki gündür vəziyyəti ağırdır, anjioqrafiya olundu və diaqnoz qoyuldu ki, o ürəyindən əməliyyatı edilməlidir. Hazırda klinikada cərrahi əməliyyata hazırlıq görülür".

Vəkil deyib ki, Q.Səmədovun vəziyyəti pisləşdiyindən məhkəmə onun barəsində başqa yerə getməmək qərarı çıxarıb və həbsdən azad edib.

Xəbəri paylaş

VİDEOLAR