Yeni Zelandiyada ötən sutka koronavirusa yoluxma qeydə alınmadı

Yeni Zelandiyada ötən sutka koronavirusa yoluxma qeydə alınmadı

Yeni Zelandiyada ötən sutka ərzində yeni növ koronavirusa yoluxma halı qeydə alınmayıb.

Rasthaber Azərbaycan Trend-ə istinadən verdiyi məlumata görə, bunu "Radio New Zealand" stansiyasının efirində ölkənin baş sanitar həkimi Eşli Blumfild deyib.

Onun sözlərinə görə, son 7 həftə ərzində ilk dəfə koronavirusa yoluxma halı qeydə alınmayıb. Virusa yoluxanların ümumi sayı 1 487 nəfər səviyyəsində qalıb:

"Şübhəsiz ki, bu gün biz çox ümidverici rəqəmlər görürük. Ancaq bu yalnız bir gündür və biz yenə də nizam-intizamı qorumalı və irəliləməliyik".

E.Blumfild qeyd edib ki, hazırkı dövrədək ölkədə koronavirusdan 20 nəfər ölüb, 1 276 nəfər isə sağalıb. Hazırda xəstəxanalarda 7 nəfər, ev şəraitində isə 184 nəfər müalicəsini davam etdirir.

Qeyd edək ki, Yeni Zelandiyada koronavirusa ilk yoluxma halı fevralın 28-i qeydə alınıb.

Xəbəri paylaş

VİDEOLAR