Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov bildirib
Rasthaber Azərbaycan-ın xəbərinə görə, Hacı İlham Səlimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda müəyyən şərtlərlə toy və nişan mərasimlərinin keçirilməsinə icazənin verilməsi yas mərasimlərinin də təşkilinə zəmin yaradıb:
"Azərbaycanda pandemiya elan olunan vaxtdan yas mərasimlərinin təşkilinə qoyulan qadağalara əməl edilir. Biz onsuz da yas mərasimlərində israfın qarşısının alınması üçün mübarizə aparırıq. Ona görə də biz də dəbdəbəli yas mərasimlərinin təşkil edilməsinə qarşıyıq. Amma toyların təşkilinə qoyulan qadağanın yumşaldılması yas mərasimlərinin keçirilməsinə də zəmin yaratdı. Yas mərasimləri də məhdud sayda insanın iştirakı ilə, qaydalara əməl etməklə keçirilə bilər. Onsuz da ailədə yas mərasimləri keçirildikdə də maskadan istifadə edilir, qaydalara riayət edilir. Yas mərasimlərinin təşkilini də qaydalara əməl olunmaqla məhdud şəkildə icra etmək olar", - deyə Hacı İlham Səlimov bildirib.