Fələstin Təhsil Nazirliyi tədris ilinin başlamasına bir gün qalmış Qəzzada 600 mindən çox şagirdin məktəbə getmək və təhsil almaq imkanından məhrum edildiyini açıqlayıb.
Sionist rejimin Qəzza zolağında on bir aydan artıqdır davam edən hücumları
nəticəsində 25 mindən çox uşaq şəhid olub və ya yaralanıb, onlardan 10 mini tələbə olub. İşğalçılar həmçinin amansız hücumlarında Qəzzada dövlət məktəblərinin təxminən 90%-ni dağıdıblar.