Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
Az.rasthaber.com xəbər verir ki, Yaponiyada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
Təcili yardım xidmətlərinin məlumatına görə, azı 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İşikavada vəziyyət ən ağırdır. Orada 200-dən çox ev yanıb, 50-dən çox bina uçub.
Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər işləyir, faciənin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün Yaponiyanın özünümüdafiə qüvvələrinin bölmələri bölgəyə göndərilib.
Dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir.
Bu arada, Yaponiyanın bir sıra prefekturalarında güclü sunami təhlükəsi ləğv edilib.
Bildirilir ki, bununla yanaşı, ölkədə zəlzələ nəticəsində yaranan sunami təhlükəsi hələ də qalmaqdadır. Xəbərdarlıq Toyama, Yamaqata, Fukui və Hyoqo prefekturalarının sakinləri üçün aktualdır.