Yaponiyada 7,4 bal gücündə zəlzələ baş verib. Şiddətli zəlzələdən sonra bölgədə sunami xəbərdarlığı edilib.
Az.rasthaber.com xəbər verir ki, Yaponiyada 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Noto yarımadasında 5 metrlik sunami gözlənildiyi halda, Yaponiya Meteorologiya İdarəsi İşikava, Niiqata və Toyama prefekturalarının sahilyanı ərazilərində sunami xəbərdarlığı edib.
Yaponiyada ictimai yayımçı Nihon Housou Kyoukai (NHK) televiziyası 1,20 metr hündürlüyündə sunaminin İşikava prefekturasının Vacima şəhərinin sahillərinə çatdığını bildirib.