Yaponiyada güclü qasırğa: Ölənlər var, hərəkət məhdudlaşdırılır

Yaponiyada güclü qasırğa: Ölənlər var, hərəkət məhdudlaşdırılır

Yaponiyanın Kyuşu adasında yaşanan güclü "Şanşan" qasırğası səbəbilə 29 avqust üçün nəzərdə tutulmuş yüzlərlə aviareys təxirə salınıb.

Az.rasthaber.com xəbər verir ki, bu günün ən azı 336 uçuşu ləğv olunub.

28 avqustda da 230 aviareys təxirə salınmışdı.

Ölkənin cənub-qərbindən başlayan tayfun hazırda şimala doğru irəliləməkdədir.

Təbii fəlakət nəticəsində azı 3 nəfər həyatını itirib, 16 nəfər xəsarət alıb, 1 nəfər isə itkin düşüb.

237 min ev təsərrüfatı işıqsız qalıb, sürətli yollarda bağlanmalar var, sürət qatarlarının hərəkəti dayandırılıb.

Təxminən 2,25 milyon yaponiyalıya evlərini tərk edərək təxliyyə mərkəzlərinə getmək məsləhət görülüb

Xəbəri paylaş

VİDEOLAR