Yaponiya və Almaniya hərbçiləri bu gündən Sakit okeanda iki günlük dəniz təliminə başlayıb.
Az.rasthaber.com Eastnews.org-a verdiyi xəbərə görə, Yaponiyaya çatan Almaniyanın hərbi freqatı "Bavariya"nın sabah Yaponiya Müdafiə naziri Nobuo Kisi tərəfindən yoxlanılacağı gözlənilir.
Yaponiya komandanlığının sözlərinə görə, təlimin əsas məqsədi "özünümüdafiə qüvvələrinin taktiki bacarıqlarını təkmilləşdirmək və Almaniya Hərbi Dəniz Qüvvələri ilə qarşılıqlı əlaqəni gücləndirməkdir".
Təlimlərdə Yaponiya tərəfdən "Samidare" esminesi iştirak edəcək.