14.05.2020 14:23:48
Yaponiyada COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət ölkənin çox hissəsində aradan qaldırılır.
Rasthaber Azərbaycan APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın Baş naziri Şinzo Abe deyib.
O bildirib ki, ölkənin 47 prefekturasından 39-da fövqəladə vəziyyət aradan qaldırılır: "Lakin Tokyo və Osaka prefekturalarının şəhər mərkəzlərində qadağa və məhdudiyyətlər epidemiya aradan qalxanadək qüvvədə qalacaq".