Fars körfəzinin ərəb ölkələri vahid turistik viza sistemini tətbiq edəcək

Fars körfəzinin ərəb ölkələri vahid turistik viza sistemini tətbiq edəcək

Fars körfəzinin ərəb ölkələri tezliklə vahid turistik viza sistemini tətbiq edəcək.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Fars Körfəzi Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasının Baş katibi Casim əl-Budəyvi məlumat verib.

Qeyd edilib ki, bu sistem üzv ölkələrə – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Oman, Səudiyyə Ərəbistanı, Qətər və Bəhreyn üçün şamil olunacaq.

Həmin vahid turist viza bir viza ilə 6 ölkəyə səfər imkanı verəcək.

Sistem barədə əlavə məlumat və onun konkret istifadəyə verilməsi tarixi elan edilməyib. Lakin bəzi mənbələrə əsasən, viza 30-90 gün müddətinə veriləcək, turistik və ailə səfərləri üçün olacaq.

Xəbəri paylaş

VİDEOLAR