Yanvarda Azərbaycanda inflyasiya 0,6% təşkil edib

Yanvarda Azərbaycanda inflyasiya 0,6% təşkil edib

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Rasthaber Azərbaycan xəbər verir ki, 2020-ci ilin yanvar ayında Azərbaycanda inflyasiya 2019-cu ilin dekabr ayında qeydə alınmış 0,5% səviyyəsində inflyasiyaya qarşı 0,6% təşkil edib.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

“2020-ci ilin yanvar ayında respublikada inflyasiya 0,6% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,3%, qeyri-ərzaq mallarının qiymətləri 0,3% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,2% ucuzlaşıb”, - Komitədən bildirilir.

Yanvarın sonuna Azərbaycanda orta illik inflyasiya 2,7% təşkil edib. O cümlədən, yanvarın sonuna ərzaq məhsulları üzrə orta illik inflyasiya 4,6%, qeyri-ərzaq malları üzrə - 1,1%, xidmətlər üzrə - 1,5% təşkil edib.

Azərbaycan hökuməti 2020-ci ildə orta illik inflyasiyanı 4,6% səviyyəsində proqnozlaşdırır. 

Xəbəri paylaş

VİDEOLAR