İngiltərə mediası İranda yandırılan ABŞ və İsrail bayraqlarının harda edilməsilə bağlı axtarışları fayda verib
Rasthaber Azərbaycan xəbər verir ki, The Guardian İranda keçirilən aksiyalarda yandırılan ABŞ və İsrail bayraqlarının istehsal edildiyi kiçik fabrik aşkar ediblər.
Qeyd olunur ki, fabrik Xomeyn şəhərində fəaliyyət göstərir.
Məlumata görə, ay ərzində 2 min ədəd ABŞ və İsrail bayraqları bu fabrikdə istehsal olunur. Arada İngiltərə bayrağı da fabrikdə istehsal olunub.
Fabrik direktoru ABŞ və İngiltərə xalqlarına qarşı düşmənlikləri olmadığını, bu ölkə liderlərinin siyasətinə etiraz olaraq bayraqların yandırıldığını bildirib.