Yanan ticarət mərkəzindəki mağazaların sahibləri təzminat tələb edirlər

Yanan ticarət mərkəzindəki mağazaların sahibləri təzminat tələb edirlər

Mağaza sahibləri yolu kəsməyə cəhd ediblər, onlar təzminatlarını bu yolla alacaqlarını düşünürlər

EuroHome ticarət mərkəzində yerləşən yüzlərlə mağazanın sahibi bu gün Bakı-Sumqayıt yolunu kəsməyə çalışıblar. Onlar bu yolla hakimiyyətin diqqətini öz problemlərinə cəlb etmək istəyiblər. Toplaşanlar itirdikləri əmlaka görə maddi təzminat ödənilməsini tələb ediblər.

Polis aksiyanın qarşısını alıb. Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev hadisə yerinə gəlib. O, toplaşanlara problemlərinə cümə günü keçiriləcək xüsusi iclasda baxmağı vəd edib. Toplaşanların təzminat məsələsini həll etmək tələbinə cavabda o deyib ki, bu məsələ onun səlahiyyətində deyil. Eyni zamanda, o, zərərçəkmişlərə yardım üçün əlindən gələni etməyə söz verib.

Xatırladaq ki, yanğın zamanı içərisində tikinti materialları və santexnika olan onlarla mağaza yanıb. Təxmini ziyan on milyonlarla manat olaraq qiymətləndirilir.(Turan)

Xəbəri paylaş

VİDEOLAR