Xəzəli: İŞİD-in Haşdi Şabiyə hücumu ABŞ-ın İraqdakı işğalçı fəaliyyətinə görədir

Xəzəli: İŞİD-in Haşdi Şabiyə hücumu ABŞ-ın İraqdakı işğalçı fəaliyyətinə görədir

İŞİD şənbə günü İraqda Haşdi Şabi təşkilatına hücum edib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İŞİD şənbə günü Haşdi Şabi təşkilatına hücum edib.

İraqın Səlahədddin vilayətində yerləşən Samirra şəhərinin şimalı və Tikritin cənubundakı Məkişfə və Bələd bölgələrində İŞİD terrorçuları ilə kəskin döyüş zamanı Haşdi Şabinin 10 nəfər dünyasını dəyişib,  4 nəfər də yaralanıb. Bu döyüşlərdə bir qrup terrorçu da ölüb və ya yaralandığı deyilir.

İraqda "Əsaib Əhlulhəqq" hərəkatının baş katibi Qeys Əlxəzəli İŞİD terror qrupunun son hücumlarına reaksiyada bir açıqlamada bildirib ki, bu hücumlar amerikalıların İraqdakı işğalçılıqlarının davam etdiyinə əsas verir.

"Bu hücumlar sionist rejimin təhlükəsizliyi və neftə hökmranlıq məsələsi istiqamətində həyata keçir. Amerika İraq parlamentinin əcnəbi hərbçilərin, o sıradan amerikalı qüvvələrin qovulmaları barədəki qərarına görə, Bağdaddan intiqam almaq istəyir.", -deyə Xəzəli əlavə edib.

Qeys Əlxəzəli İŞİD-in hücumları ilə yeganə və ən düzgün mübarizə yolunu İraqın kəşfiyyat orqanının gücünün genişləndirilməsi və fəallaşdırılması adlandırıb. O bildirib ki, İŞİD-i gücləndirmək üçün gizli surətdə səy göstərən kəslərə söykənmək yerinə, iraqlı təhlükəsizlik qüvvələrinə söykənmək gərəkdir.

Sözlərinin sonunda  "Əsaib Əhlulhəqq" hərəkatının baş katibi Qeys Əlxəzəli deyib: "Haşdi Şabi  İraqdakı siyasi zəifliyin fonunda, terrorçu İŞİD qruplaşmasının hücumları ilə mübarizə qüdrətinə malikdir."

Xəbəri paylaş

VİDEOLAR