Xəzəli: ABŞ Ordusuna hücumlar davam edəcək

Xəzəli: ABŞ Ordusuna hücumlar davam edəcək

İraqın müqavimət qüvvələrinin komandiri ABŞ ölkədən çıxmadığı təqdirdə ABŞ qüvvələrinə qarşı daha çox hücum etməklə hədələyib.

Rasthaber Azərbaycan xəbər verir ki,  Əsaib Əhləl Haqq hərəkatının baş katibi Qais əl Xəzəlinin təhdidi gecə yarısı Kürdüstanda ABŞ qüvvələrini hədəf alan dron hücumu ilə eyni vaxta təsadüf edib.

ABŞ koalisiyasının İraqdakı sözçüsü şənbə günü yaydığı bəyanatda Qiyyara bazasında ABŞ qüvvələrinə dron hücumunun olduğunu təsdiq edib və heç bir tələfatın olmadığını bildirib.

ABŞ qüvvələrinə daha çox hücum etməyi vəd etməklə yanaşı, Xəzəli deyib ki, ABŞ müxalif qüvvələrə hücum etsə, onlara cavab verəcəklər.

Qeyd edək ki, İraq müqaviməti parlamentin ABŞ Ordusunu İraqdan çıxarmağa səsləməsilə bağlı çağırışlara əməl edilmədiyi təqdirdə hücumlarla təhdid edib.

Xəbəri paylaş

VİDEOLAR