Xətibzadə yenə Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsini önə çəkdi

Xətibzadə yenə Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsini önə çəkdi

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi bir tvittdə qeyd edib

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi bir tvittdə, Azərbaycan Respublikası ilə Ermənistan arasında hərbi əməliyyatların dərhal dayandırılması və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların başlanması vacibliyini vurğulayıb.

Rasthaber İRNA-ya istinadla xəbər verir, Səid Xətibzadə bu tvittdə, tərəflərin müharibə qanunlarına əməl etməli və mülkiləri hədəfə almaqdan çəkinməli olduğunu vurğulayaraq, əlavə edib: "İran dərhal atəşkəsə, Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət etməyə və Qarabağ münaqişəsinin həlli üçün siyasi danışıqların başlanmasına çağırır".

Xəbəri paylaş

VİDEOLAR