Xocavənddə narkotik plantasiyası aşkarlanıb

Xocavənddə narkotik plantasiyası aşkarlanıb

Xocavənd rayonunda narkotik plantasiyası aşkar edilib.

Rasthaber  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Tədbir zamanı rayonun Binə kəndi ərazisində çəkisi 836 kiloqram olan 2352 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Xəbəri paylaş

VİDEOLAR