Xaricdə yaşayan azərbaycanlılara vəsiqə verilə bilər

Xaricdə yaşayan azərbaycanlılara vəsiqə verilə bilər

"Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında" yeni qanun layihəsi hazırlanır.

Rasthaber Azərbaycan xəbər verir ki, "Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında" yeni qanun layihəsi hazırlanır.

Bunu çərşənbə axşamı günü keçirilən Milli Məclisin plenar iclası zamanı Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

APA-nın məlumatına görə, yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı "soydaş anlayışının statusunu müəyyənləşdirəcək".

Millət vəkili deyib ki, qanun layihəsində "xaricdə yaşayan həmvətənlərimizə vəsiqə verilməsi nəzərdə tutulur".

Onun sözlərinə görə, qanun layihəsi yeni parlamentin qəbul etdiyi qanunlardan biri olacaq.

Bundan başqa, "Diaspor fəaliyyətində xidmətə görə" medalı təsis edilib.

Sənədə əsasən, Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan diasporunun fəaliyyətinə, Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verilən mühüm töhfəyə, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərilən xidmətlərə, Azərbaycanın beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə "Diaspor fəaliyyətində xidmətə görə" medalla təltif ediləcəklər.

Xəbəri paylaş

VİDEOLAR