İyunun 22-28-də Xankəndi, Xocalı, Kəlbəcər və Laçında külli miqdarda silah-sursat aşkarlanıb.
Az.rasthaber.com xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 26 avtomat silahı, 3 pulemyot, 1 tapança, 3 tüfəng, 27 qumbara, 2 qumbaraatan, 36 alışdırıcı, 13 mərmi, 5 süngü-bıçaq, 115 patron darağı, 4780 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkarlanıb.
Kəlbəcər rayonunun Vəngli kəndi ərazisindən isə 1 avtomat silahı, 7 patron darağı, 255 ədəd müxtəlif çaplı patron tapılıb.
Həmçinin, Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisindən 4 avtomat silahı, 1 tapança, 1 qumbaraatan, 12 qumbara, 10 alışdırıcısı, 10 ədəd patron darağı və 278 ədəd müxtəlif çaplı patron aşkar edilib.
Laçın rayonu ərazisindən isə 2 avtomat silahı, 1 tapança, 1 tüfəng, 13 qumbara, 3 süngü-bıçaq, 16 patron darağı və 270 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.