Səudiyyə Ərəbistanında yerləşən Bəqi qəbiristanlığındakı, İmam Əlinin (ə) həyat yoldaşı və Həzrəti Əbəlfəzlin (ə) anası Xanım Ümmül Bəninin məzarının ətrafındakı dəmir maneələr sökülüb.
Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, Səudiyyədən olan bəzi sosial şəbəkə istifadəçiləri Xanım Ümmül Bəninin (s.ə) qəbrinin qarşısındakı dəmir maneələrin söküldüyünü göstərən video yayımlayıblar.
Bu videoların yayımlanması Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrindəki şiə müsəlmanların sevincinə səbəb olub. Onlar bu prosesin davamı kimi, Bəqi imamlarının pak hərəmlərinin tikiləcəyinə ümid etdiklərini bildiriblər.
Bu dəmir baryerlərin götürülməsi ötən həftə İraqdakı Sədr hərəkatının lideri Seyid Müqtəda əs-Sədrin son çıxışının tarixinə təsadüf edib.
Qeyd edək ki, Müqtəda Sədr son çıxışında Səudiyyə Ərəbistanı hökumətinin İmamların (ə.s) hərəmlərini bərpa edəcəyinə ümid etdiyini bildirib.