Bunu İran prezidenti Həsən Ruhani deyib
Rasthaber Azərbaycan xəbər verir ki, İran prezidenti Həsən Ruhani İmam Hüseynin (ə) matəminə işarə edərək bildirib ki, “İran xalqı imperialist dövlətlərin planlarına Aşura mədəniyyətinə əsaslanan mətanət və müqavimətin sayəsində qalib gəlib”.
Nazirlər kabinetinin iclasında çıxış edən Ruhani həmçinin qeyd edib ki, geniş sanskiyalar və misilsiz təzyiqə görə 2018-ci ildə ölkənin gəlirləri 50 milyard dollar azalıb, lakin düşmənin bütün niyyətləri Aşuradan güc alan “İran xalqının sarsılmazlığı və müqaviməti ilə” puç olub.
İran düşmənlərinin İran xalqını diz çökdürmək cəhdlərinə toxunan Ruhani əlavə edib ki, “İran xalqı planlara və xarici təzyiqə mərdcəsinə müqavimət göstərərək düşmənə əsas hədəfinə – İran İslam Respublikası quruluşunun süqut və devrilməsi planlarına nail olmağa imkan vermədi”.
O bildirib ki, ən sərt sanksiyalara baxmayaraq, son iki ildə çox sayda tikinti-sənaye layihəsi açılıb.
“Təkcə son 5 ayda ölkədə 21 iri layihə istifadəyə verilib, üstəlik təkcə onlardan birinin dəyəri 5 milyard dollar təşkil edir”, – deyə İran prezidenti qeyd edib.
Koronavirus epidemiyasının Qərbdə əhali arasında panika və bir çox ilkin zərurət məhsullarının qıtlığını yaratdığını deyən Ruhani bildirib ki, “İranda xalqın müqavimət ruhu və istehsalçıların səyləri, xüsusən də elmi-innovativ təsisatlardan olan fəalların sayəsində bütün tibbi ehtiyaclar, o cümlədən də dərmanlar, ölkənin özü tərəfindən təmin edilib və ölkə iqtisadiyyatı bir gün belə dayanmayıb”.