Xalid Məşəl ABŞ və İsrailin Qəzzəni idarə etmək təkliflərini rədd edib

Xalid Məşəl ABŞ və İsrailin Qəzzəni idarə etmək təkliflərini rədd edib

HƏMAS-ın xaricdəki rəhbəri bu hərəkatın Qəzzə zolağında hələ də üstünlükdə olduğunu vurğulayaraq bildirib ki, HƏMAS ABŞ və sionist rejimin Qəzzə zolağının idarə olunması təkliflərinin əleyhinədir.

Az.rasthaber.com xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) xaricdəki rəhbəri Xalid Məşəl “New York Times” qəzetinə müsahibəsində deyib: “Qəzzə zolağında HƏMAS üstünlükdədir. Bu hərəkat möhkəm dayanmışdır və İsrail ordusunu tükənmiş vəziyyətə salmışdır.”

Xalid Məşəl vurğulayıb: “HƏMAS Qəzzə zolağını tərk etməyəcək və HƏMAS rəsmiləri hər qiymətə İsraillə atəşkəs əldə etməyə tələsmirlər. Biz Amerika və İsrailin Qəzzəni HƏMAS olmadan idarə etmək təkliflərini rədd edirik.”

Xəbəri paylaş

VİDEOLAR