Volodin: Şoltsun siyasəti Almaniyanı müharibəyə sürükləyə bilər

Volodin: Şoltsun siyasəti Almaniyanı müharibəyə sürükləyə bilər

Almaniya kansleri Olaf Şoltsun Ukraynadakı münaqişəni dəstəkləmək siyasəti göstərir ki, nasist tərəfdarları Almaniyanı yeni müharibəyə sürükləyə bilərlər.

Az.rasthaber.com Sputnik-ə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
 
"Almaniya Avropa dövlətləri arasında Kiyevə əsas silah və maliyyə yardımı tədarükçüsünə çevrildiyi zaman Şoltsun Ukraynadakı müharibəni dəstəkləmək siyasəti göstərir ki, nasist tərəfdarları Almaniyanı yeni müharibəyə sürükləyə bilərlər", - deyə Volodin bildirib.
 
O, Almaniya liderlərini tarixi xatırlamağa çağırıb.
 
Onun sözlərinə görə, Şolts və hökuməti 20-ci əsrdə Almaniyanın dünya müharibəsinə başladığı, nəticədə nasist rejiminin və Almaniyanın məğlubiyyətə uğradığı dəhşətli faciədən nəticə çıxarmayıb.
 
"Hitler bütün bəşəriyyətə, müxtəlif dövlətlərin vətəndaşlarına böyük əzablar gətirdi və sonda hamısı alman xalqının əleyhinə çevrildi. Nasizm o zaman məğlub oldu, indi də məhv ediləcək. Üçüncü Reyxin nümunələri ilə hərəkət edənlər Böyük Vətən Müharibəsi illərindəki nasistlərin eyni aqibəti ilə üzləşəcəklər. Bugünkü Almaniyanın rəhbərliyi bunu həmişəlik xatırlamalıdır", - Dövlət Dumasının sədri qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR