Rusiya prezidenti Vladimir Putin Kaxovka su elektrik stansiyasının dağıdılmasını vəhşi hərəkət adlandırıb.
Az.Rasthaber.com xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.
Onların məlumatına əsasən, Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətində bəndin dağıdılmasının genişmiqyaslı ekoloji və humanitar fəlakətə səbəb olacağını deyib.
“Vladimir Putin deyib ki, Kiyevdəki hakimiyyət Qərb kuratorlarının təklifi ilə hələ də hərbi əməliyyatların genişlənməsinə, hərbi cinayətlərə, açıq şəkildə terror metodlarından istifadə etməyə və Rusiya ərazisində təxribat təşkil etməyə təhlükəli mərc qoyur. Bunun bariz nümunəsi irimiqyaslı ekoloji və humanitar fəlakətə səbəb olan Xerson vilayətində Kaxovka su elektrik stansiyasının məhv edilməsi üzrə vəhşi hərəkətdir”, – deyilir Kremlin bəyanatında.