Vilayəti: İran xalqı bu terrorun qisasını alacaqdır...

Vilayəti: İran xalqı bu terrorun qisasını alacaqdır...

İran İslam İnqilabının rəhbərinin beynəlxalq işlər üzrə müşaviri Əli Əkbər Vilayəti, Möhsin Fəxrizadənin qətlə yetirilməsi münasibətilə təziyələrini dilə gətirərək, bu terror aktını qınayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə danışan Vilayəti “Ölkənin öndə gələn alimlərdən olan və Müdafiə nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının sədrinin namərdcə öldürülməsi, bu millət və nizamının düşmanlığını bir daha üzə çıxardı. Onlar pis hədəflərinə və hiylələrinə çatmaq üçün, alimlərə qarşı sui-qəsd həyata keçirərək onları şəhid edərlər.”, -deyə bildirib.

Vilayəti açıqlamasının davamında deyib: “Əlbəttə sanksiya və basqı siyasətində uğursuz olan İran millətinin düşmənləri, kin və narahatlıqlarına görə, bu cür qorxaq və rəzil addımlara əl atdılar.”

Vilayəti bu terror olayına qarışan gizli və ya açıq düşmənlərin İran millətinin alacağı intiqamdan qorxmasının lazım olduğunu qeyd edərək “Bu cür hücumlar, İran millətinin düşmənlərinin planlarına qarşı dirənmə, onları məğlub etmə və elmi inkişafdakı yolunu saxlaya bilməz, İran xalqı bu böyük şəhidin qanını terror ünsürlərindən və dəstəkçilərindən alacaqdır.”, -deyə əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR