İran İslam İnqılabının lideri Ayətullah Seyid Əli Xameneinin beynəlxalq işlər üzrə baş müşaviri bu barədə danışıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam İnqılabının lideri Ayətullah Seyid Əli Xameneinin beynəlxalq işlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, Bəhreyn və BƏƏ İsraillə münasibətlərini normallaşdırdıqları üçün peşman olacaqlar.
Vilayəti deyib ki, müsəlman ölkələri iki ərəb ölkəsinin İsraillə ABŞ-ın vasitəçili ilə münasibətlərini normallaşdırması ilə bağlı öz narazılıqlarını dilə gətiriblər.
O bildirib ki, Bəhreyn və BƏƏ “müqavimət hərakatının Qərbi Asiyadakı qələbələrinə görə İsrail rejimi ilə öz münasibətlərinin üstünü açmaq qərarına gəlib”
Onun sözlərinə görə, “region ölkələrinin öz mövqelərini dəyişib-dəyişməyəcəklərindən asılı olmayaraq, dünya xalqları arasında İsrailə yer olmayacaq”.
Xatırladaq ki, 15 sentyabrda ABŞ-da Ağ Evdə Bəhreyn və BƏƏ İsraillə münasibətlərin normallaşdırılması və diplomatik əlaqələrin qurulmasına dair razılıq əldə ediblər.