Vilayət və Kəramət Diyarına ziyarət

Vilayət və Kəramət Diyarına ziyarət

İmam Rzanın (ə) hərəmini dolduran minlərlə zəvvardan bəziləri ziyarətgahı ziyarət edir, bəziləri isə İmam Rzanı (ə).

Allah nəsib etdi, Məşhəd və Qum ziyarətlərinə getdik.

Mənəvi baxımdan dolu keçən ziyarətlərin yazıla təqdim edəcək  hissəsini sizlərlə bölüşmək istəyirəm.

İlk çatdığımız yer illərlə çörəyini yediyimiz, duzlu suyunu içdiyimiz Qum şəhəri idi. Havası, suyu cazibəli olmasa da təravəti Qum şəhərinin başqadır.

Qum şəhərində bərəkət və kəramət qaynağı Əhlibeytin Kəriməsi Fatimeyi Məsumənin (s.ə) ziyarətgahını ziyarət etməyə müvəffəq olduq.

Həzrəti Məsumənin (s) bir məsumun qızı, bir məsumun bacısı, bir məsumun xalası olmasından başqa “Kərimə” ləqəbli olmasına dair kəramətləri onun dəyərini bir daha artırır. Bu sifəti Qum şəhərini dəyərli edir.

Həzrəti Məsumənin (s) varlığı ilə bərəkət və kəramət diyarına çevrilən Qum, bütün dünyaya elm, irfan, mənəviyyat, bərəkət bəxş etməkdədir. Qum sahib olduğu İslami maarif zənginliyi ilə Nəcəf havasının özünə qibtə etməsinə səbəb olmuşdur.

 

Kəramət şəhərindən Vilayət diyarına səfər...

Bir neçə gün sonra Məşhəd şəhərinə müşərrəf olduq; bədənin cana təslim olduğu, ruhun özünün azad olduğunu hiss etdiyi Vilayət Hərəminə.

Vilayət hərəmində minlərlə zəvvarın böyük bir eşq ilə ziyarətə gəlməsini görürsünüz. Qışın soyuğunda hərəmin istiliyi bütün mənliyinizi isidir.

İmam Rzanın (ə) hərəmini dolduran minlərlə zəvvardan bəziləri ziyarətgahı ziyarət edir, bəziləri isə İmam Rzanı (ə).

Vilayət diyarında iki qisim zəvvar vardır; ziyarətgaha-türbəyə gələnlər, İmam Rzanı (ə) ziyarət edənlər. Türbəni ziyarət edənlər əllərində ziyarətnamələr oxuyaraq hacətlərini, dərdlərini dilə gətirirlər. Bəziləri də  - YAZININ DAVAMI

Xəbəri paylaş

VİDEOLAR