Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) İsrailin Qəzza zolağına etdiyi hücumlar səbəbindən Rəfahdan cənuba köçmək məcburiyyətində qalan 150 mindən çox hamilə qadının ciddi sağlamlıq problemləri ilə üzləşdiyi barədə xəbərdarlıq edib.
Birləşmiş Millətlər Təşkilatı (BMT) sionist rejimin hücumlarını davam etdirdiyi Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərindən təxminən 450 min insanın məcburi köçkün edildiyini bildirib.
Xəbər saytları çərşənbə axşamı səhər saatlarında sionist rejimin qırıcılarının Qəzzanın mərkəzində bir məktəbdə yerləşən humanitar yardım anbarına hücum etdiyi barədə məlumat yayıblar.