Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin (ISPR) baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Hindistanın bir çox bölgəyə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, Hindistanın Pakistana hücumları davam edir.
Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin (ISPR) baş direktoru general-leytenant Əhməd Şərif Çaudri deyib:
"Dünən gecə Hindistan bir neçə bölgəyə pilotsuz təyyarələr göndərərək növbəti təcavüz aktına başlayıb. Onlardan biri Lahor yaxınlığındakı hərbi hədəfi vurmağa müvəffəq olub. Bir mülki şəxs həlak olub, 4 pakistanlı əsgər isə yaralanıb".
Çaudri bildirib ki, Pakistan ordusu 12 Hindistan PUA-nı zərərsizləşdirib.