Pakistan Əzadarları Təşkilatının Baş Katibi Kəraçi şəhərində vəhhabi terrorçuları tərəfindən şəhid edilib.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, “Əzadarlıq Mühafizə Təşkilatı”nın baş katibi “Seyyid Salman Heydər Rəzəvi” Pakistanın Kəraçi şəhərinin “Ançoli” bölgəsindəki şəxsi evinin qarşısında “Səhabələr Korpusu”-sepahe səhabə adlı vəhhabi terrorçuları tərəfindən vəhşicəsinə şəhid edilib.
Qeyd edək ki, “Əzadarlıq Mühafizə Təşkilatı”müxtəlif hallarda Şiələrin qeyd etdikləri əzadarlı mərasimlərinin qorunması və dəstəklənməsi ilə məşğul olan bir qurumdur.
Təşkilatın heç bir silahı yoxdur. Hüquqi, mülki, maliyyə və səlahiyyətlilərlə məsləhətləşmə fəaliyyətləri ilə Şiə dini və yas mərasimlərini qoruyur.