Venesuela alimləri koronavirusa qarşı dərman preparatı hazırlayıb

Venesuela alimləri koronavirusa qarşı dərman preparatı hazırlayıb

Maduro Venesuela alimləri tərəfindən koronavirusa qarşı preparat hazırlandığını bildirib.

Rasthaber Azərbaycan APA-ya istinadla xəbər verir, Venesuela prezidenti Nikolas Maduro deyib: "Tədqiqat altı ay davam etdi və nəticələr sağlam molekullara toksik təsir göstərmədən COVID-19 virusunun 100% məhv edildiyini göstərir".

Onun sözlərinə görə, yaxın günlərdə ölkə Venesuela Elmi Tədqiqatlar İnstitutu tərəfindən aparılan işlərin nəticələrini Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təqdim edəcək: "ÜST tərəfindən təsdiqlənəcəyi təqdirdə, bu molekulun kütləvi istehsalı üçün beynəlxalq birliklər axtarmağa başlayacağıq".

Xəbəri paylaş

VİDEOLAR