Vaşinqton Rusiya ilə İran arasındakı əlaqələrdən narahatlığını bildirib

Vaşinqton Rusiya ilə İran arasındakı əlaqələrdən narahatlığını bildirib

ABŞ Dövlət Departamentinin sözçüsü Rusiya ilə İran arasında əlaqələrin genişlənməsindən narahatlığını bildirib.

Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çərşənbə günü mətbuat konfransında İran İslam Respublikası ilə Rusiya arasında əlaqələrin genişlənməsindən narahatlığını ifadə edib.
O yenə Moskva və Ukrayna arasındakı müharibəni gündəmə gətirməklə İran pilotsuz təyyarələrindən istifadə edilməsi ilə bağlı təkrar iddialar səsləndirib.
O əlavə edib: “Biz İran və Rusiya arasında əməkdaşlığın digər sahələrə - bilik və bacarıqların mübadiləsinə genişlənə biləcəyindən narahat olduğumuzu bildirdik.

Xəbəri paylaş

VİDEOLAR