Vaşinqton ABŞ-ın Rusiya ilə vuruşmasını istəmir

Vaşinqton ABŞ-ın Rusiya ilə vuruşmasını istəmir

Vaşinqton Amerika ordusunun Rusiya ordusu ilə vuruşmasını istəmir.

Az.rasthaber.com sputnik-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası NATO müttəfiqlərinə hücum etsə, ABŞ "NATO-nun hər qarışını" müdafiə edəcək.
"İstəmədiyimiz bir şey var: Amerika əsgərlərinin Rusiyada və ya Rusiyaya qarşı döyüşməsini istəmirik", - deyə Bayden ABŞ əhalisinə müraciəti zamanı bildirib.
Bayden amerikalıları əmin edib ki, o, hələ də ölkəsinin hərbçilərini Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmək üçün göndərməyi planlaşdırmır.
ABŞ prezidenti Ağ Evdəki Oval Ofisdə çıxışı zamanı deyib: "Mən Amerika hərbçilərini Ukraynaya döyüşməyə göndərməyəcəyəm".
Onun sözlərinə görə, "Ukraynanın xahişi yalnız köməkdən ibarətdir".
Co Bayden onu da bildirib ki, dünya dönüş nöqtəsindədir və gələcəyə təsir edəcək qərarlar qəbul edilməlidir.
"Biz tarixin dönüş nöqtəsindəyik; bu gün verdiyimiz qərarlar onilliklərin gələcəyini formalaşdıracaq", - deyə Bayden İsrail və Ukraynadakı vəziyyətlə bağlı xalqa televiziya müraciətində bildirib.
Qeyd edək ki, Cozef Bayden ABŞ Konqresinə Ukrayna və İsrailə təqribən 106 milyard dollar məbləğində əlavə hərbi və digər yardımların göstərilməsi ilə bağlı sorğu göndərib.

Xəbəri paylaş

VİDEOLAR