Epidemiya başlanandan bəri 7 milyondan çox virusa yoluxma halı aşkar edilib, 404 min ölüm baş verib.
Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, Avropada virusla mübarizə sahəsində irəliləyişə baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın qlobal miqyasda "pisləşdiyini" söyləyir.
"Bu pandemiyadan altı aydan çox vaxt keçdiyi zamanda heç bir ölkə üçün ayağını pedaldan götürməyin vaxtı deyil" ÜST rəhbəri Tedros Adhanom Ghebreyesus deyib.
Bazar ertəsi günü koronavirusla bağlı keçirilən mətbuat konfransında o, jurnalistlərə deyib ki, son 10 günün doqquzunda 100 mindən çox yoluxma baş verib və bazar günləri qeydə alınan yoluxmaların 75 faizi təkcə 10 ölkədə - əksəriyyəti Amerika və Cənubi Asiyada baş verib.
Tedros, ÜST-ün bir sıra ölkələrdə "müsbət əlamətlərdən" ilham aldığını söyləyib.
"Bu ölkələrdə indi ən böyük təhlükə təmkinlikdir", - o deyib.
"Əhalinin nə qədərinin virusa məruz qaldığını görmək üçün aparılan araşdırmaların nəticələri qlobal miqyasda insanların əksəriyyətinin hələ də infeksiyaya həssas olduğunu göstərir".