Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən Suriyanın şimal-qərbinə lazımi yardımın olmamasından narahat olduğunu açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, ÜST-nin Qlobal Fövqəladə Hallar üzrə direktoru Mayk Rayan jurnalistlərə açıqlamasında “Hazırda ən çox narahatlıq doğuran ərazinin Suriyanın şimal-qərbi olduğu məlumdur” deyib.
Suriyada rejimin nəzarətində olan bölgələrin də zəlzələdən zərər çəkdiyini qeyd edən Raya, yalnız orada mövcud olan xidmətlər insanlar üçün əlçatan olduğunu vurğulayıb.
"Suriyada 10 illik müharibənin olduğunu xatırlamalıyıq. Səhiyyə sistemi inanılmaz dərəcədə kövrəkdir", - Rayan qeyd edib.
Humanitar yardım çərçivəsində bəzi sərhəd-keçid məntəqələrinin müvəqqəti açılmasının vacibliyinə toxunan Rayan hazırda diqqətin insanların ehtiyaclarına yönəldiyini bildirib.
ÜST zəlzələlərdən zərər çəkmiş Türkiye və Suriyada aparılan işlər üçün 43 milyon dollarlıq dəstək çağırışını 84,5 milyon dollara yüksəltdiyini açıqlayıb.