ÜST Sudanda ölənlərin sayını açıqlayıb

ÜST Sudanda ölənlərin sayını açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanda davam edən qarşıdurma nəticəsində 850 nəfərin həyatını itirdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, ÜST-nin sözçüsü Tarik Casareviç İsveçrənin Cenevrə şəhərində keçirilən həftəlik mətbuat konfransında ÜST-nin Sudanda səhiyyə mərkəzlərinə 45 hücumun təşkil edildiyini təsdiqlədiyini və bu hücumlar nəticəsində 8 nəfərin həyatını itirdiyini, 18 nəfərin isə yaralandığını bildirib.
"Sudanın Federal Səhiyyə Nazirliyi aprelin 15-dən bəri davam edən qarşıdurmalar nəticəsində 850 nəfərin öldüyünü və 5500 nəfərin yaralandığını bildirib", - deyə Tarik Casareviç qeyd edib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Sudan üzrə rəsmisi Eddi Rou münaqişələrin davam etdiyi Xartuma ilk ərzaq yardımının mayın 27-də başladığını vurğulayıb.
Edi Rov deyib: "Sudan ordusu və xüsusi təyinatlı qüvvələr nəzarətində olan bölgələrdə 15 min sudanlıya yardım çatdırıldı. Təhlükəsizlik vəziyyətindən asılı olaraq daha çox ərzaq yardımı nəzərdə tutulurdu. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı 500 min adama yardım çatmağı planlaşdırırdı. Port Sudanda 4 min adama yardım çatdırılıb''.
BMT-nin Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder Sudanda 13,6 milyon uşağın dəstəyə ehtiyacı olduğunu söylədi.
Sudandakı qarşıdurmalarda yüzlərlə uşağın həlak olduğunu, minlərlə uşağın əlil olduğunu vurğulayan Elder münaqişə tərəflərini uşaqları qorumağa çağırıb.
UNICEF-in Sudanda 10 milyon uşağa dəstək olmaq üçün 838 milyon dollarlıq yardım çağırışı başlatdığını xatırladan Elder indiyədək bu məbləğin 5 faizinin toplandığını söyləyib.

Xəbəri paylaş

VİDEOLAR