ÜST Qəzzadakı səhiyyə müəsisələrinə edilən hücumlara bağlı paylaşım edib

ÜST Qəzzadakı səhiyyə müəsisələrinə edilən hücumlara bağlı paylaşım edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il oktyabrın 7-dәn etibarәn Qəzza zolağındakı 101 səhiyyə müəssisəsinə tәşkil edilәn 464 hücumu sənədləşdirdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, ÜST-nin işğal olunmuş Fələstin ərazilərindəki ofisinin rәsmi ‘‘X’’ internet sәhifәsindә edilәn paylaşımda İsrailin oktyabrın 7-dәn etibarәn Qəzza zolağındakı sәhiyyә müәssisәlәrinә etdiyi hücumlarla bağlı mәlumat verilib.

Paylaşımda Qəzzadakı 101 səhiyyə müəssisəsinә edilәn 464 hücum nәticәsindә 727 nəfərin öldüyü, 933 nəfərin dә yaralandığı bildirilib. Hücumlar zamanı 113 təcili yardım maşınına ziyan dəydiyi qeyd edilib.

Bu hücumların 37 faizinin Qəzza şəhərində, 23 faizinin Qəzzanın şimalında, 28 faizinin isə Xan Yunis şəhərində törәdildiyi açıqlanıb.

Paylaşımda Qəzzada beynəlxalq hüquqa hörmət edilməsi, mülki şəxslərin və səhiyyə xidmətlərinin qorunmasının vacibliyi vurğulanıb.

Paylaşımda hәmçinin bu ifadәlәrә yer verilib: ‘’Sәhiyyә müәssisәlәri hәdәf alınmamalıdır’’.

 

Xəbəri paylaş

VİDEOLAR