ÜST: Qəzzada minlərlə uşağın öldürülməsi bütün bəşəriyyət üçün rüsvayçılıqdır

ÜST: Qəzzada minlərlə uşağın öldürülməsi bütün bəşəriyyət üçün rüsvayçılıqdır

Ümumdünya Səhiyyə Təşkilatının direktoru bazar günü bildirib ki, Qəzza zolağında minlərlə uşağın öldürülməsi və yaralanması bütün bəşəriyyət üçün rüsvayçılıqdır və bu müharibə başa çatmalıdır.

Az.rasthaber.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adhanom bazar günü Qəzza zolağında mülki vətəndaşların çox sayda itkisini şiddətlə tənqid edib və bildirib ki, bu təcavüzə son qoyulmalıdır.

Tedros Adhanom çıxışına davam edərək deyib: “Əsas ehtiyaclardan, o cümlədən qida, yanacaq və sağlamlıqdan məhrum olmaq qeyri-insani bir hərəkətdir və dözülməzdir”.

Qəzzanın Səhiyyə Nazirliyi bu gün (bazar günü) 184 günlük müharibədən sonra işğalçı İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrində son 24 saat ərzində 4 cinayət törətdiyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR