ÜST: Koronavirus pandemiyası realdır

ÜST: Koronavirus pandemiyası realdır

ÜST xəstəliyin yayılmasını beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan edib.

Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Tedros Adxanom Qebreyesus yeni koronavirus pandemiyası təhlükəsinin real olduğunu bildirib. 

Rasthaber Azərbaycan Sputnik-ə istinadla xəbər verir ki, o, bu barədə bazar ertəsi keçirdiyi brifinqdə bildirib.

Qebreyesus eyni zamanda onu da qeyd edib ki, bu, bəşər tarixində nəzarət altına almaq mümkün olan ilk pandemiya ola bilər. Onun sözlərinə görə, ilkin mərhələdə atılan addımlar koronovirusun yayılmasını yavaşıdacaq.

ÜST xəstəliyin yayılmasını beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan edib.

Son məlumatlara görə, dünyada 113 min 579 nəfər xəstəliyə yoluxub, 3 min 996 nəfər virusdan ölüb. 62 mindən çox adam sağalıb.

* Pandemiya (yun. πανδημία - bütün xalq) - yoluxucu xəstəliyin (məsələn, vəba, taun, qrip) bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox ölkələri bürüməsinə deyilir.

Xəbəri paylaş

VİDEOLAR