Ümumdünya Səhiyyə Təşkilatı İsrail tərəfindən saxlanılan Şifa xəstəxanasının müdiri Əbu Silmiyye də daxil olmaqla 4 tibb işçisinin vəziyyəti ilə bağlı məlumatlarının olmadığını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından verilən bəyanatda bildirilib.
Bəyanatda Şifa xəstəxanasında ağır vəziyyətdə olan xəstələrin gərgin qarşıdurmaların yaşandığı təhlükəli mühitdə təxliyə edildiyi bildirilib. “Noyabrın 22-də ÜST Fələstin Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq edərək 151 xəstənin köçürülməsi üçün növbəti addım atıb'',-deyə bəyanatda vurğulanıb.
Bəyanatda təxliyyənin 20 saat ərzində tamamlandığı və bu müddət ərzində İsrail ordusunun nəzarət-buraxılış məntəqəsində 6 saat ərzində təxliyyə karvanını dayandıraraq axtarış apardığı qeyd edilib.
Axtarış zamanı 3-ü Fələstin Qızıl Aypara, 3-ü də Səhiyyə Nazirliyindən olmaqla 6 tibb işçisi saxlanılıb. Nəzarət-buraxılış məntəqəsində 6 saat gözləyən təxliyə karvanı bəzi xəstələrin vəziyyətinin pisləşməsindən sonra yoluna davam edib. Xəstələrin əksəriyyəti Qəzzanın cənubundakı Qəzza Avropa xəstəxanasına aparılıb.
Bəyanatda Ümumdünya Səhiyyə Təşkilatının Şifa xəstəxanasında qalan 100-ə yaxın xəstə və tibb işçilərinə görə narahat olduğu vurğulanıb.
Bəyanatda saxlanılan tibb işçilərindən ikisinin azad edildiyi qeyd olunub.
"Şifa Xəstəxanasının müdiri da daxil olmaqla, dörd tibb işçisinin vəziyyəti ilə bağlı məlumatımız yoxdur. ÜST bu insanların həbsdə olduqları müddətdə qanuni hüquqlarına tam riayət edilməsi ilə əlaqədar çağırış edir'',-bəyanatda deyilir.