Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreisus bəyan edib.
Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, dünyada yeni qarşısıalınmaz virusun peyda olması imkanı barədə xəbərdarlıq edilib.
“Biloji nöqteyi-nəzərdən şübhəsizdir ki, nə zamansa başqa bir virus meydana çıxacaq və biz onun qarşısını almaq vəziyyətində olmayacağıq”, – deyə o, G20 ölkələrinin səhiyyə və maliyyə nazirləri ilə görüş zamanı bildirib.
ÜST başçısının fikrincə, gələcək pandemiyaya hazırlıqlı olmaq üçün hazırkı pandemiyadan dərslər çıxartmaq lazımdır.
Qebreisus qeyd edib ki, dünya ictimaiyyətinə “gücləndirilmiş” ÜST, pandemiyalarla mübarizənin təmin edilməsi üçün yeni maliyyə mexanizmi və səhiyyə sahəsindəki təhdidlərlə mübarizənin maliyyələşdirilməsi üzrə şuranın yaradılması ilə və pandemiyalarla mübarizəyə dair sazişlərin imzalanması ilə daha effektiv idarəetmənin yaradılması lazımdır.