Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adxan Gebreyesus məlumat verib.
Rasthaber Azərbaycan RİA-ya istinadən xəbər verir ki, COVID-19-a qarşı təxminən 200 vaksin kliniki və klinikiyə qədərki sınaqlardan keçirilməkdədir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adxan Gebreyesus məlumat verib.
“Vaksinlərin inkişaf tarixi bizə göstərir ki, onlardan bəziləri müvəffəqiyyətsizliyə uğrayacaq, digərləri isə uğurlu olacaq”, – deyə o əlavə edib.
Baş direktor dövlətlərin ÜST və GAVI-nın bütün namizəd-vaksinlər barədə məlumatları toplayan “COVAX Facility” adlı proqramına qoşulmasının əhəmiyyətini vurğulayıb.
GAVI-nın 21 sentyabra olan məlumatına əsasən, “COVAX Facility”-ə əhalisinin yüksək gəliri olan 64 dövlət də daxil olmaqla, artıq 156 iqtisadiyyat qoşulub. Siyahıda Avropa İttifaqının 27 ölkəsi, Norveç, İslandiya və Böyük Britaniya da var. Rusiya, ABŞ və Çin “COVAX Facility”-də iştirak etmir.