Uşaq Qatili Netanyahu soyqırım işindən yaxa qurtarmağa çalışır

Uşaq Qatili Netanyahu soyqırım işindən yaxa qurtarmağa çalışır

Sionist İsrailin ABŞ Konqresinin üzvlərindən Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) soyqırım işinə xitam verilməsi üçün Cənubi Afrika Respublikasına təzyiq göstərməyi xahiş etdiyi açıqlanıb.

Az.rasthaber.com xəbər verir ki, ABŞ-ın “Axios” xəbər platformasının İsrail Xarici İşlər Nazirliyindəki mənbələrə əsaslanan xəbərində İsrailin ABŞ Konqresinə təsir imkanlarından necə istifadə etməyə çalışdığına dair yeni bir nümunə ortaya çıxıb.

Barak Ravidin imzaladığı xəbərə görə, İsrail ABŞ Konqresinin üzvləri ilə əlaqə saxlayıb və BƏM qarşısında özünə qarşı soyqırım işi açan Cənubi Afrika Respublikasına təzyiq göstərməyi tələb edib.

Həm Senat, həm də Nümayəndələr Palatasının bir çox üzvünə müraciət edən İsrail rəsmiləri və lobbiçiləri Konqres üzvlərindən Cənubi Afrika Respublikası rəsmilərinə “soyqırım işini davam etdirsələr, bunun nəticələri olacaq” mesajını vermələrini xahiş ediblər.

Xəbəri paylaş

VİDEOLAR