Uşaq qatili Netanyahu qana doymur: Qəzzaya hücum etməyə davam edəcəyik!

Uşaq qatili Netanyahu qana doymur: Qəzzaya hücum etməyə davam edəcəyik!

Sionist İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin Qəzzada humanitar fəlakətə səbəb olan hücumlarını davam etdirəcəyini bəyan edib.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim mətbuatında yer alan xəbərə görə, Netanyahu videokonfrans vasitəsilə ABŞ-da respublikaçı senatorların görüşünə qoşulub və sionist İsrailin Qəzzəyə hücumlarından danışıb.

İclasda iştirak edən Senat üzvünün sözlərinə görə, Netanyahu bir daha ABŞ Senatının çoxluq lideri Çak Şumerin ölkədəki seçki çağırışını tənqid edərək, İsrail baş nazirinin 7 oktyabrdan sonra prosesi səhv idarə etdiyini bildirib və Şumerin açıqlamalarını "şok müdaxilə" kimi qiymətləndirib.

Netanyahu çıxışında Qəzzada “məqsədlərinə çatana qədər” bölgəyə hücumlarını davam etdirəcəkləri mesajını verib.

Netanyahu hücumlardan qaçan fələstinlilərin Qəzzanın cənubuna sığındıqları Rəfah şəhərinə hücum planını təsdiqlədiklərini və mülki əhalinin bölgədən çıxarılması planını “tezliklə” təsdiqləyəcəklərini bildirib.

Xəbəri paylaş

VİDEOLAR