Ağ Evin jurnalistlərə verdiyi açıqlamaya görə, ABŞ prezidenti Co Bayden bu gün sionist İsrailin baş naziri Netanyahu ilə telefon danışığı aparıb.
Az.rasthaber.com xəbər verir ki, Ağ Evdən verilən açıqlamada “Bayden baş nazir Netanyahu ilə görüşüb” deyilib və görüşün detalları paylaşılmayıb.
Netanyahunun ofisindən verilən yazılı açıqlamada Netanyahunun ABŞ prezidenti Baydenlə telefon danışığında "ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı mövqeyinə görə" təşəkkür etdiyi qeyd edilib.
Xatırladaq ki, dekabrın 8-də BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsinə ABŞ veto qoymuşdu.
Dekabrın 13-də BMT Baş Assambleyasında 153 ölkənin “bəli” səs verdiyi Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsinə “xeyr” deyən 10 ölkədən biri ABŞ olub.
ABŞ bundan əvvəl də oktyabrın 16, 18 və 25-də BMT Təhlükəsizlik Şurasında Qəzzə ilə bağlı təqdim edilmiş qətnamə layihələrinə veto qoymuşdu.