Uşaq qatili İsrail xəstəxanalara sığınan mülki şəxsləri hədələyir

Uşaq qatili İsrail xəstəxanalara sığınan mülki şəxsləri hədələyir

Fələstinin WAFA xəbər agentliyinin müharibənin 24-cü gününün əvvəlində bölgədəki mənbələrindən verdiyi məlumata görə, sionist İsrail döyüş təyyarələri gecə boyu Qüds xəstəxanasının ətrafındakı strukturları intensiv bombardmana məruz qoyub.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətinə bağlı Qüds Xəstəxanasına sığınan 12 min adam təhlükəsiz olduğunu düşünərək, bombardman zamanı çətin anlar yaşadı.

Fələstin Qırmızı Aypara Cəmiyyəti öz bəyanatında sionist rejim rəsmilərinin Qüds xəstəxanasını bombalayacaqları ilə hədələdiyini və onun dərhal boşaldılmasını tələb etdiyini açıqlayıb.

Bəyanatda sionist İsrail hərbi qüvvələrinin xəstəxana ətrafını qəsdən bombaladığı və bəzi hissələrinin zədələndiyi bildirilib və xəstəxananın tibb işçilərinin öz vəzifələrindən əl çəkməyəcəkləri vurğulanıb.

Açıqlamada, Qüds xəstəxanasının təhlükəsiz olduğu səbəbi ilə 12 min adamın sığındığı, xəstə və yaralıların da olduğu təxminən 800 adamın xəstəxanada müalicə aldığı qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR