Uşaq qatili İsrail Şifa xəstəxanasının reanimasiya şöbəsini hədəf alıb

Uşaq qatili İsrail Şifa xəstəxanasının reanimasiya şöbəsini hədəf alıb

İsrail ordusu mühasirə altındakı Qəzza zolağındakı Şifa xəstəxanasının reanimasiya şöbəsini hədəf alıb.

Az.rasthaber.com xəbər verir ki, Qəzzadakı Səhiyyə Nazirliyinin paylaşdığı görüntülərə görə, İsrail ordusu tərəfindən mühasirəyə alınan və yanacaq çatışmazlığı səbəbindən problemlərlə üzləşən Şifa xəstəxanasının reanimasiya şöbəsi vurulub.
Görüntülərdə həkimlərin bölgədə baş verən partlayışla əlaqədar tozdan nəfəs almaqda çətinlik çəkdiyi əks olunub.
Həkimlər daha əvvəl hücumlar və yanacaq çatışmazlığı səbəbindən xəstəxana daxilində başqa şöbəyə köçürülən reanimasiya xəstələrinin yenidən başqa yerə təxliyə edildiyi barədə məlumat veriblər.

Xəbəri paylaş

VİDEOLAR