Ürək xəstəliklərindən necə qorunmalı?

Ürək xəstəliklərindən necə qorunmalı?

Aşağıdakı vərdişləri tərgitsəniz, ürək xəstəliklərindən ölüm riski 30-60 faiz azala bilər

Ürək xəstəliklərindən əziyyət çəkmək istəmirsinizsə, əvvəlcə bu orqana zərər verən vərdişlərdən uzaqlaşmalısınız. Bundan sonra isə mütəmadi olaraq həkim müayinəsindən keçməyiniz kifayət edəcək.
Rasthaber Azərbaycan  ürək sağlamlığını qorumağın yollarını təqdim edir:

Aşağıdakı vərdişləri tərgitsəniz, ürək xəstəliklərindən ölüm riski 30-60 faiz azala bilər:

Gec oyanıb, gec yemək;
Ac olmadığınız halda yemək;
Yatmazdan öncə yemək;
Qeyri-sağlam qidalanma;
Hərəkətsiz həyat tərzi keçirmək, çox oturmaq;
İdmanla məşğul olmamaq;
Həddən artıq stressə məruz qalmaq;
Kökəlmək;
Siqaret çəkmək;
Ürəkdə heç bir problem olmayanda həkimə getməmək.

Həkimlər bildirirlər ki, döşdə ağrı və ya yanma hissi olduqda mütləq mütəxəssisə müraciət etmək lazımdır. Bu, ürək xəstəliklərinin ilkin əlaməti ola bilər. Ağrı və yanğı hissi qollarda, mədənin üstündə, boyunda və çənədə də hiss edilə bilər. Tez yorulmaq, nəfəs almaqda çətinlik çəkmək, ürəyin sürətlə döyünməsi də ürək xəstəliklərinə işarə edə bilər.

Özünü sağlam hiss etsələr belə, qadınlar 40 yaşdan, kişilər isə 50 yaşdan sonra həkimə müraciət edib ürəklərini müşahidə altında saxlamalıdırlar. Bu müayinə sağlam insanlarda iki ildən bir, risk faktoru olanlarda isə hər il təkrar edilməlidir.

Ailədə ürək xəstəliyindən əziyyət çəkənlər varsa, daha diqqətli olmaq lazımdır. Belə halda müayinələrə 30 yaşda başlamaq məsləhətdir.

Xəbəri paylaş

VİDEOLAR