Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) İsrail hakimiyyətinin qadağasına baxmayaraq, fələstinlilərə yardımı davam etdirməyə ümid edir.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu təşkilatın rəhbəri Filip Lazzarini Qətərin Əl-Cəzirə telekanalına müsahibəsi zamanı deyib.
“UNRWA qalmaq və yardım göstərməyə davam etmək niyyətindədir. Biz fələstinlilərə yardımın gecikdirilməsinin səbəbinin HƏMAS olduğuna dair ittihamları eşidirik, lakin bu, doğru deyil", - Lazzarini vurğulayıb.
Qeyd edək ki, 28 oktyabr 2024-cü ildə İsrail parlamenti Knesset ölkədə UNRWA-nın fəaliyyətini qadağan edən qanun qəbul edib.
Sənədin lehinə 92, əleyhinə 10 deputat səs verib.