Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzza zolağında hər saat bir uşağın şəhid olduğunu və sionistlərin bu zolağın sakinlərinə qarşı müharibəsinin başlanmasından bəri şəhid olan fələstinli uşaqların sayının 14500-ə çatdığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, Guardian yazıb: İşğal olunmuş ərazilərdə fəaliyyəti Knesset (sionist rejim parlamenti) tərəfindən qadağan edilmiş UNRWA UNİCEF rəsmilərinə istinadən X sosial şəbəkəsində verdiyi mesajda hər saat Qəzzada bir fələstinli uşağın öldürüldüyünü elan edib. Bunlar rəqəmlər deyil, alınan canlardır.